“Aqrarkredit” 1,3 milyon manatlıq fərdi yaşayış evini satışa çıxarır
15 iyul tarixində “Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatı balansında olan növbəti daşınmaz əmlakı hərraca çıxarır.
Valyuta.az xəbər verir ki, hərraca çıxarılan əmlak Bakı şəhərinin Yasamal rayonunda yerləşən fərdi yaşayış evidir.
Daşınmaz əmlakın ünvanı Yamac küçəsi, 2-ci döngə, giriş 55 (köhnə ünvan: Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu, 10, Korpus C, ev 18) olaraq göstərilib.
Əmlakın yerləşdiyi torpaq sahəsinin ölçüsü 0,0156 hektar, yaşayış evinin ümumi sahəsi isə 242,8 kvadratmetr təşkil edir.
Daşınmaz əmlak üzrə start qiyməti 1 milyon 300 min manat müəyyən edilib. Hərracda iştirak etmək üçün tələb olunan beh məbləği isə 6 min 500 manatdır.


