Ariz Tarverdiyev yubiley medalı ilə təltif edilib

Ariz Tarverdiyev yubiley medalı ilə təltif edilib

"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri, tanınmış jurnalist Ariz Tarverdiyev yubiley medalı ilə təltif edilib.

Bu barədə Ariz Tarverdiyev öz sosial media hesabında məlumat paylaşıb.

"Prezident İlham Əliyevin 20 fevral 2025-ci il tarixli, 338 saylı Fərmanı ilə təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmağım 15 illik televiziya, 6 illik mətbuatla iş sahəsindəki fəaliyyətə verilən yüksək qiymətdir", deyə A.Tarverdiyev qeyd edib.
 
Qeyd edək ki, “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı, 20 fevral 2025-ci il tarixli Prezident Fərmanı ilə təsis edilib. Bürüncdən hazırlanan və qızıl suyuna çəkilən bu medal, media sahəsində səmərəli fəaliyyət göstərən, xüsusi xidmətləri olan jurnalistlər və şəxslərə verilir.