ASCO-ya yeni mətbuat katibi təyin edilib

ASCO-ya yeni mətbuat katibi təyin edilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (ASCO) QSC-nin ictimaiyyətlə əlaqələr departamentinə yeni rəhbər təyin edilib.

Bu vəzifə Nigar Ağayevaya həvalə olunub.

Qeyd edək ki, N.Ağayeva ASCO-dan öncə Dövlət Dəniz və Liman Agentliyin Strateji İnkişaf və Layihələrin idarə edilməsi şöbəsinin müdiri vəzifəsində çalışıb. (plat.az)