“AtaHolding” nizamnamə kapitalı yarım milyon azaldılıb
“AtaHolding” MMC-nin nizamnamə kapitalı 500 min manat azaldılıb.
Şirkətin nizamnamə kapitalı 40 milyon 71,8 min manatdan 39 milyon 571,8 min manata endirilib.
Bununla da “AtaHolding”in nizamnamə kapitalı 1,25% azalıb.
Şirkətin qanuni təmsilçisi Əşrəf Kamilov Kamil oğludur.
Xatırladaq ki, holdinq 2003-cü ildən Azərbaycanda fəaliyyət göstərmiş şirkətlər qrupudur. Vaxtı ilə şirkətlər qrupunun tərkibində 17 şirkət var idi. Sahibi isə türkiyəli iş adamı Ahmet Erentok idi. (banker)


