Aytəkin Cəfərova yüksək vəzifəyə təyin edilib
“Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsində yeni təyinat olub.
Aytəkin Cəfərova (Cəlili) qurumda şöbə müdiri vəzifəsinə təyin olunub.
Aytəkin Cəfərova qurumda artıq fəaliyyətə başlayıb.
Qeyd edək ki, Aytəkin Cəfərova bundan əvvəl Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqroservis” ASC-də İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində, daha əvvəllər isə müxətlif özəl və dövlət qurumlarında çalışıb.

