AZAL-ın qeyri-neft ixracından gəliri 1 milyondan çox azalıb

AZAL-ın qeyri-neft ixracından gəliri

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) qeyri-neft sektoru üzrə ixrac göstəricisində azalma qeydə alınıb.

2026-cı ilin yanvar-avqust aylarında AZAL-ın ixracının dəyəri 8,2 milyon ABŞ dolları təşkil edib.

Ötən ilin eyni dövründə bu göstərici 9,3 milyon dollar olub. Beləliklə, şirkətin ixrac göstəricisi bir il ərzində 1,1 milyon dollar və ya 11,8% azalıb.

Qeyd edək ki, AZAL qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı subyektlər sırasında yer alır.

“Azərbaycan Hava Yolları” QSC-nin nizamnamə kapitalı 823 milyon 974 min 470 manatdır. Şirkətin qanuni təmsilçisi Samir Musa oğlu Rzayevdir.