“Azər Türk Bank”da yeni təyinat
“Azər Türk Bank” ASC-nin Nağd vəsaitlər departamentinə yeni direktor təyin edilib.
B vəzifə Nəsib Pənahlıya həvalə edilib.
O, 2019-cu ilin may ayından 2026-cı ilin iyul ayına kimi Azərbaycan Mərkəzi Bankının (AMB) Nağd pul departamentinin Pul nişanlarının ekspertizası və saxtalaşdırılmasına qarşı mübarizə şöbəsinin rəisi, 2011-ci ilin may ayından 2019-cu ilin aprel ayına kimi isə Nağd pul departamentinin Ekspertiza şöbəsinin rəisi kimi çalışıb.
Nəsib Pənahlı Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2005–2009-cu illərdə Mühasibat uçotu və audit ixtisası üzrə bakalavr, 2009–2012-ci illərdə isə eyni ixtisas üzrə magistr təhsili alıb. (banker)


