Azərbaycan HR İnstitutunun təşkilatçılığı ilə Qaxda görüş keçirilib

Azərbaycan HR İnstitutunun təşkilatçılığı ilə Qaxda görüş keçirilib

İnsan kapitalının inkişafı istiqamətində strateji əməkdaşlıqların genişləndirilməsi məqsədilə Azərbaycan HR İnstitutunun təşkilatçılığı ilə Qax Rayon İcra Hakimiyyətində işgüzar görüş keçirildi.

Görüşdə Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Azərbaycan HR İnstitutunun rəhbərliyi, dövlət qurumlarının nümayəndələri, aparıcı şirkətlərin HR liderləri və insan kapitalının inkişafı sahəsində fəaliyyət göstərən peşəkarlar iştirak etdilər.

Görüş çərçivəsində regionun insan kapitalının inkişafı, məşğulluq imkanlarının genişləndirilməsi, əmək bazarının mövcud ehtiyacları və perspektivləri, peşəkar kadr hazırlığı, gənclərin əmək bazarına inteqrasiyası, dövlət–özəl sektor əməkdaşlığının gücləndirilməsi, müasir HR yanaşmalarının tətbiqi və gələcək birgə təşəbbüslər ətrafında səmərəli fikir mübadiləsi aparıldı.

Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev çıxışı zamanı regionun insan kapitalının inkişafı, məşğulluğun artırılması və dövlət–özəl sektor əməkdaşlığının əhəmiyyətini vurğulayaraq bu istiqamətdə həyata keçirilən təşəbbüslərin davamlı inkişaf üçün mühüm rol oynadığını qeyd etdi.
İnanırıq ki, bu cür strateji görüşlər yeni əməkdaşlıqların formalaşmasına, təcrübə mübadiləsinin genişlənməsinə və regionlarda dayanıqlı insan kapitalı ekosisteminin inkişafına mühüm töhfə verəcək.