Azərbaycanda 6 TV-yə lisenziya verilib, 2-sinin fəaliyyəti dayandırılıb
2025-ci ilin əvvəlindən 2026-cı ilin fevral ayının 15-dək olan dövr ərzində “TV1”, “Start Turan”, “Sport TV2”, “CityNet Premiere”, “CityNet Hits”, “Mahnı TV” televiziya kanalları olmaqla ümumilikdə 6 (altı) peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyası verilib, “TVNet Kino” və “Neftçi TV” olmaqla 2 (iki) peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyası ləğv edilib.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Audivizual Şuradan məlumat verilib.
Qurumdan həmçinin bildirilib ki, 2025-ci il əvvəlində müsabiqənin yekunu olaraq “Planet FM” və “Dağla FM” radio kanallarına ümumölkə yerüstü radio yayımçısı lisenziyası verilib.

