Azərbaycanda bu park yenidən qurulacaq
Azərbaycan Tibb Universiteti (ATU) ərazisində yerləşən parkın yenidən qurulması üçün elan etdiyi satınalma müsabiqəsinə yekun vurub.
Banker.az rəsmi məlumatlara istinadən xəbər verir ki, parkın yenidən qurulması üzrə layihə-smeta sənədlərinin hazırlanması işlərinin satın alınması tenderində “House Project” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) qalib gəlib.
Universitet ilə qalib şirkət arasında ümumi dəyəri 34 043 AZN təşkil edən satınalma müqaviləsi imzalanıb.
Müqaviləyə əsasən, yaxın vaxtlarda parkın müasir üslubda yenidən qurulması üçün dizayn və smeta sənədlərinin hazırlanmasına başlanılacaq.


