ASA-nın İcraçı direktoru Özbəkistana gedib
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Elmar Mirsalayev Özbəkistanın paytaxtı Daşkənd şəhərində səfərdədir.
Səfər çərçivəsində Özbəkistan Peşəkar Sığorta Bazarı İştirakçıları Assosiasiyası ilə görüş keçirilib. Görüşdə Azərbaycan-Özbəkistan arasında sığorta sahəsində əlaqələrin formalaşdırılması, assosiasiyalar arasında münasibətlərin inkişafı imkanları geniş müzakirə olunub.
Görüşdə həmçinin Türk Dünyası Sığorta Birliyinin ASA tərəfindən hazırlanmış "Yol xəritəsi"ndən irəli gələn tədbirlərin həyata keçirilməsində birgə əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.