Azərbaycanda məktəblər 9,5 milyona təmir ediləcək

Azərbaycanda məktəblər 9,5 milyona təmir ediləcək

Azərbaycanda bir sıra təhsil müəssisələrində əsaslı təmir işləri aparılacaq.

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi bu istiqamətdə işlərə başlayıb.

Lahiyənin 9 milyon 455 min manat başa gələcəyi ehtimal olunur.

İşlər çərçivəsində məktəb binalarının yenilənməsi, mövcud infrastrukturun yaxşılaşdırılması və tədris şəraitinin daha əlverişli vəziyyətə gətirilməsi nəzərdə tutulur. (Plat.az)