Azərbaycanda qurulacaq iki yeni DATA mərkəzin yerləri bəlli olub

Azərbaycanda qurulacaq iki yeni DATA mərkəzin yerləri bəlli olub

Bütün dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyasının təmin edilməsi məqsədilə bulud xidmətlərinin genişləndiriməsi üçün 2 yeni Data Mərkəzin istismara verilməsi işlərinə başlanılıb.

Bunu AZƏRTAC-a eksklüziv müsahibəsi zamanı “AzIntelecom” MMC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Elxan Əzizov bildirib.

Onun sözlərinə görə, artıq beynəlxalq təchizatçı şirkətin cəlb edilməsi ilə yeni Data mərkəzlərin konsepsiyası hazırlanıb.

“Hazırda Data mərkəzlərin detallı dizayn işləri aparılır. Yeni Data mərkəzlərdən biri Bakı ətrafında, digəri isə ondan 100 km aralıda qurulacaq”, - deyə Elxan Əzizov vurğulayıb.