Azərbaycanda soğan ucuzlaşıb - Komitə sədri səbəbini açıqladı
“Azərbaycanda soğan ucuzlaşıb və bazarda qiymətinin aşağı düşməsi məhsulun bolluğu ilə əlaqədardır”.
Bunu İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev
Komitə sədri təəssüflə qeyd edib ki, bir çox hallarda sahibkarlar reallıqları nəzərə almır, bazarın tələblərini öyrənmir və əhalinin məhsula olan tələbatını vaxtında müşahidə edib araşdırmırlar:
“Buna görə də kartof, soğan və digər kənd təsərrüfatı məhsulları bir balaca bahalaşan kimi sahibkarlar həmin məhsulların yetişdirilməsinə daha böyük önəm verirlər və nəticədə məhsulun bolluğuna səbəb olur. Beləliklə, həmin məhsul bazarda qiymətini itirir”.
T.Rzayev hesab edir ki, bu da sahibkarların özlərindən asılıdır: “Çünki onlar torpaq sahibidirlər. Onlara heç vaxt hansı məhsulun əkilməsini və becərilməsini tələb etmək mümkün deyil. Lakin müvafiq orqanlar bunu tənzimləməlidirlər. Bu istiqamətdə maarifləndirmə tədbirləri aparılmalı, fermerlər və sahibkarlar bu barədə ətraflı məlumat almalıdırlar. Həm hava şəraiti, həm də məhsulun hansı miqdarda əkilməsi və bazarın tələbləri onlara aşılanmalıdır. Düşünürəm ki, belə olan halda, bazar tənzimlənər və sahibkarın əməyi əlində qalmaz”.


