"AzerGold" sədrinin müşaviri vəzifəsindən ayrıldı
"AzerGold" Qapalı Səhmdar Cəmiyyəti (QSC) sədrinin müşaviri vəzifəsindən azad olunub.
BusinessTime bildirir ki, Qayanrinfo-nun əldə etdiyi məlumata görə, QSC sədri Zakir İbrahimovun müvafiq əmri ilə Müşfiq Məmmədlini öz istəyi ilə vəzifəsindən azad edilib.
Qeyd edək ki, Zakir İbrahimovun müşavirlərinin sayı 10-dan 9-a enib. Hazırda Şahbəddin Musayev, Anar Abdullayev, Əli Əhmədov, Ayşəm Qələmiyeva, Leyla Sadıxova, Elçin Qasımov, Emin Aslanov və Erkin Vəliyev, Fuad Babayev "AzərGold” sədrinin müşavirləridir.


