"Azericard":Pproblem bizdən qaynaqlanmır
Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem "Azericard" MMC-dən qaynaqlanmır.
BusinessTime bildirir ki, bu barədə İqtisadiyyat.az-a şirkətdən bildirilib.
Məlumata əsasən, bu hal banklararası hesablaşma fayllarının emalı zamanı "Azericard"dan asılı olmayan texniki səbəbdən baş vermiş təkrarlanmalarla bağlı yaranıb: "Təkrarlanmış əməliyyatlar ləğv edilərək hesablar tədricən bərpa olunmaqdadır. Məsələ yaxın zamanlarda tam həllini tapacaq".


