“Azersky 2”nin icrası ilə bağlı son vəziyyət açıqlanıb
“Azersky 2” proqramının icrası davam edir.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Kosmik Agentliyinin (Azəskosmos) idarə heyətinin sədri vəzifəsini icra edən Dunay Bədirxanov bildirib.
O deyib ki, mütəxəssislərimiz hazırda “Azersky 2 A” peykininhazırlanmasında birbaşa iştirak edirlər:
“Gələcəkdə həmin bilik və təcrübəni əldə edərək bu mütəxəssislər artıq növbəti peyklərimizi Azərbaycanda yığmağa hazır olacaqlar. Hazırda layihə cədvəl üzrə davam edir. Dəqiq tarixlə bağlı detallar məlum olduqda ictimaiyyətə məlumat veriləcək”.
“Peyk istehsalı zavodunun inşası ilə də bağlı proseslər plan üzrə davam edir. Bu istiqamətdə də vacib nəticələr olduqda məlumat veriləcək”, - deyə o əlavə edib.

