"Azpulmat" əməkdaşları vətəndaşı aşağıladı - ŞİKAYƏT

"Azpulmat" əməkdaşları vətəndaşı aşağıladı

"Azpulmat" bank olmayan kredit təşkilatından şikayət var.

Sitat.info xəbər verir ki, vətəndaş Nəsibov Əli Əsəd oğlu götürdüyü 70 azn borcu qaytara bilmədiyindən şirkət nümayəndəsi Orxan Hüseynov tərəfindən hədələrə məruz qalıb, şəxsiyyəti alçaldılıb. 

Ə.Nəsibov başına gələnləri Sitat.info-ya danışıb: "Mənə bir nömrədən zəng gəlib, danışan şəxs özünü Orxan Hüseynov kimi təqdim edib. Mənə deyir ki, borcu ödə. Mən də ödəniş edə bilmədiyimi qeyd etmişəm və demişəm ki, ya aylığa bölək, ayda 20-30 manat ödəyim, ya da alınmırsa məhkəməyə yönləndirin. Məni qohum və ətrafımda olan insanlara zəng etməklə hədələdi və sonda dedi ki, sən kimsən ki, 147 manatın altında yatan oğlansan da... ".

Şikayətçi bildirdi ki, "Azpulmat"ın ofisində də onun kobud rəftar ediblər: "Ofisləri Nərimanovda erməni qəbiristanlığı tərəfdədir. Ofisə yaxınlaşmışam, deyirlər ki, Orxan Hüseynov adlı əməkdaşları yoxdur. Orada mənə "Sözdən söz tutub razborkaya gəlmisən? Borcu ödə, pulun yoxdu telefonunu sat" - dedilər. Mən onlara bildirdim ki, biz hüquqi dövlətdə yaşayırıq. Qanunlarımız gözəl işləyir. Bunu ödəmək imkanım yoxdursa, aylığa bölməlisiniz".

Bildirək ki, daha öncə də mətbuatda "Azpulmat"la bağlı şikayətlər dərc olunmuşdu. Əsas şikayət də əməkdaşların kobud rəftarı, borcu gecikdirənlərə aşağılayıcı münasibəti olub. 

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.