Bakıda balıq bahalaşdı - Ən ucuz və ən baha neçəyədir? - QİYMƏTLƏR
Son günlər paytaxt Bakıda balıq məhsullarının qiymətində artım müşahidə olunur. Satıcılar və alıcılar bahalaşmanı artıq açıq şəkildə hiss etdiklərini bildirirlər.
BAKU.WS-in əldə etdiyi məlumata görə, qiymət artımının əsas səbəblərindən biri İranda davam baş verən aksiyalar fonunda bu ölkədən Azərbaycana balıq və dəniz məhsullarının idxalında yaranan çətinliklərdir.
Təchizat zəncirində yaranan gecikmələr və məhdudiyyətlər bazarda təklifin azalmasına, bu isə qiymətlərin yüksəlməsinə səbəb olub.
Paytaxtın 3-cü mikrorayon ərazisində yerləşən və Bakının ən iri balıq satış məkanlarından biri hesab edilən "Keşlə Balıq Bazarı"nda mövcud vəziyyət bunu təsdiqləyir. Satıcıların sözlərinə görə, son günlər həm yerli, həm də idxal olunan balıq növlərinin qiymətlərində artım qeydə alınıb. Hazırda bazarda balıqların qiyməti 5–6 manatdan başlayır və növünə görə 90 manata qədər yüksəlir.
Alıcıların ən çox üstünlük verdiyi balıq növü farel (alabalıq) olaraq qalır. Bu balığın bir kiloqramının qiyməti hazırda 14–15 manat arasında dəyişir. Satıcılar bildirir ki, gündəlik satışda əsas pay məhz bu balığa düşür.
Hazırda bazarda müşahidə olunan qiymətlər belədir:
Alabalıq (farel) - 14-15 manat/kq
Çupra - 18 manat/kq
Xanı - 4-6 manat/kq
Ağ amur (belamur) - 7-9 manat/kq
Sazan - 8-10 manat/kq
Ağ balıq (beluqa) - 35 manat/kq
Nərə (asatrin) - 85 manat/kq

