Bakıda yük avtomobili qəzaya uğradı, sıxlıq yarandı

Bakıda yük avtomobili qəzaya uğradı, sıxlıq yarandı

Yasamal rayonu, Bakı dairəvi yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, yük avtomobilinin qəzaya uğraması səbəbindən "Lökbatan" dairəsi istiqamətində nəqliyyat sıxlığı yaranıb.

"Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür", - məlumatda vurğulanıb.