Bakıdan gedən 71 sərnişin Iğdırdan avtobuslarla Naxçıvana yola salınıb

Bakıdan gedən 71 sərnişin Iğdırdan avtobuslarla Naxçıvana yola salınıb

Bakı-Naxçıvan reysini həyata keçirən sərnişin təyyarəsi Türkiyənin lğdır şəhərinə enib.

Bu barədə "HaberTürk" telekanalı məlumat yayıb.

İranın Naxçıvan Muxtar Respublikasının Hava Limanına pilotsuz uçuş aparatı ilə hücum etməsindən sonra Naxçıvan aeroportunda müvəqqəti olaraq uçuşlar dayandırılıb.

Bakı-Naxçıvan reysini həyata keçirən sərnişin təyyarəsi Iğdırın Şəhid Bülent Aydın Hava Limanına enib. Təyyarədən endikdən sonra güllərlə qarşılanan və pasport nəzarətindən keçirilən 71 sərnişin avtobuslarla Naxçıvana yola salınıblar.