Bank sektoru nümayəndələri ilə görüş keçirilib

Bank sektoru nümayəndələri ilə görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada “DOST Müfəttiş” layihəsi çərçivəsində Azərbaycan Banklar Assosiasiyasının (ABA) dəstəyi ilə bank sektoru nümayəndələri ilə görüş keçirilib.
 
Görüşdə Milli Observatoriyanın və Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəhbər heyəti, ABA-nın təmsilçiləri, eləcə də bir sıra yerli və xarici aparıcı bankların nümayəndələri iştirak ediblər.
 
İştirakçılara layihənin əhatə dairəsi, tətbiq olunan metodologiyalar və əldə olunan nəticələr barədə ətraflı təqdimat edilib. Eyni zamanda, bank sektorunda “Əmək və Məşğulluq” altsisteminin (ƏMAS) tətbiqi zamanı qarşıya çıxan çətinliklər və onların həlli yolları müzakirə olunub.
 
Tədbirin əmək bazarında şəffaflığın artırılması, işçi hüquqlarının müdafiəsi və işəgötürənlərlə dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı qeyd olunub. Layihə çərçivəsində bank sektoru ilə  əməkdaşlıq imkanları müzakirə edilib
 
Görüşün təşkil edilməsində məqsəd layihə barədə bank sektorunu məlumatlandırmaq, əmək münasibətlərinin tənzimlənməsi, əməyin mühafizəsi və insan resurslarının idarə olunması sahəsində qabaqlayıcı yanaşmaların təşviqinə dəstək olmaqdır.