Bank sektorunun aktivləri 64 milyard manata yaxınlaşıb
2026-cı ilin ilk 9 ayında Azərbaycanda bank sektorunun aktivləri 64 milyard manata yaxınlaşıb, kredit portfelinin həcmi isə 34 milyard manat təşkil edib.
Bunu “Azərbaycan Banklar Assosiasiyası”nın (ABA) prezidenti Zakir Nuriyev Zəfər Günü münasibətilə Müşfiqabadda keçirilən ağacəkmə aksiyası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib, kredit portfelinin təxminən 18 milyard manatını biznes kreditləri təşkil edir:
"Biznes kreditləri üzrə artım ötən ilin müvafiq dövrü ilə müqayisədə 18%-ə çatıb. İstehlak kreditlərində isə artım 13 % səviyyəsində qeydə alınıb.
ABA prezidentinin proqnozuna əsasən, 2026-2027-ci illərdə bank sektorunun illik 11-12% böyüməsi gözlənilir".


