Bu rayonda 9,2 milyona məktəb tikiləcək
Ağcabədi rayonunun Hüsülü kəndində 960 şagird yerlik tam orta məktəbin tikintisi planlaşdırılır.
BusinessTime xəbər verir ki, bununla bağlı Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən layihə başlayacaq.
Layihənin 9 milyon 172 min 580 manata başa gələcəyi nəzərdə tutulur.


