Dilşad Əhədovaya yeni vəzifə verildi

Dilşad Əhədovaya yeni vəzifə verildi

Sənaye və Ticarət Konfederasiyasının (SANKON) Baş Qərargahı tanınmış iş adamı Dilşad Əhədovanın təşkilatın Azərbaycan Respublikası üzrə rəsmi nümayəndəsi təyin edildiyini açıqlayıb.

SANKON-un yaydığı rəsmi məlumatda bildirilib ki, Dilşad Əhədova konfederasiyanı Azərbaycan Respublikası hökuməti və ölkənin biznes ictimaiyyəti qarşısında ən yüksək səviyyədə təmsil etmək səlahiyyətinə malikdir.

Qeyd olunub ki, Dilşad Əhədova Azərbaycan Respublikasının vətəndaşıdır və eyni zamanda “Adalia International Ladies Platform” təşkilat-şirkətinin Direktorlar Şurasının sədri vəzifəsini icra edir.

Bu təyinatın SANKON ilə Azərbaycan arasında sənaye, ticarət və beynəlxalq biznes əlaqələrinin daha da genişlənməsinə töhfə verəcəyi vurğulanır.