Diş daşı təmizlənməsi ağız gigiyenasında mühüm rol oynayır
Dünya Diş Klinikası ağız və diş sağlamlığının qorunmasına yönəlmiş müxtəlif stomatoloji xidmətlər təqdim edir.
Klinikada uşaq stomatologiyası, diş daşlarının peşəkar təmizlənməsi, estetik və ümumi diş müalicəsi prosedurları həyata keçirilir.
Mütəxəssislərin bildirdiyinə görə, diş daşları yalnız dişlərin görünüşünə təsir etmir, eyni zamanda ağız boşluğunda bakteriyaların çoxalmasına və diş əti problemlərinin yaranmasına səbəb ola bilər. Peşəkar diş daşı təmizlənməsi zamanı dişlər üzərində yaranmış ərp və daşların aradan qaldırılması ağız gigiyenasının qorunmasına kömək edir.
Klinikada xidmətlərdən yararlanmaq üçün əvvəlcədən qəbula yazılmaq tələb olunur. Dünya Diş Klinikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Tərəfdaş platformasına üzv olduğu və müəyyən edilmiş kateqoriyalara 3% endirim təqdim etdiyi bildirilir.


