Hotel və sanatoriyalara 5 illik vergi güzəşti təklif olunur

Hotel və sanatoriyalara 5 illik vergi güzəşti təklif olunur

Mehmanxana (hotel) və sanatoriya fəaliyyətinə dair yeni vergi güzəşti müəyyən olunur.

Bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, mehmanxana (hotel) və sanatoriya fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların gəlirlərinin və hüquqi şəxslərin mənfəətinin, vergi ili ərzində Azərbaycan Respublikasına turist kimi gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən xidmətlər üzrə formalaşan dövriyyənin ümumi dövriyyədə xüsusi çəkisinə mütənasib olan hissəsinin (yuxarı hədd 50% olmaqla) 2027-ci il 1 yanvardan 5 il müddətinə gəlir və mənfəət vergisindən azad edilməsi təklif olunur.