“Əməyin Mühafizəsi Mərkəzi”nin inzibati binası 1.2 milyon manata təmir ediləcək

“Əməyin Mühafizəsi Mərkəzi”nin inzibati binası

“Əməyin Mühafizəsi Mərkəzi” inzibati binasının əsaslı təmiri üçün 1.2 milyon manata yaxın satınalma elan edib.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyət göstərən “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsi (PHŞ) inzibati binasının əsaslı təmiri işlərinin satınalınması ilə bağlı tender müsabiqəsi elan edib.

Satınalan təşkilat bu layihə üçün ehtimal olunan qiyməti 1 198 391 manat həcmində müəyyənləşdirib. (Banker)