mygov platforması COP29-da təqdim edilib

mygov platforması COP29-da təqdim edilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təqdim etdiyi “mygov” rəqəmsal hökumət platformasında tətbiq edilən yeniliklər COP29 beynəlxalq tədbirində təqdim edilib.

Qeyd olunub ki, yenilənmiş “mygov” platforması mühüm həyat hadisələri zamanı vətəndaşların işini sürətləndirmək üçün bir sıra xidmətlər dəstini təklif edir.

Platforma nikah sənədlərinin rəqəmsal şəkildə təqdim edilməsini və təsdiqini asanlaşdırır. Belə ki, ailə qurmağı planlayan cütlüklər zəruri tibbi müayinə sertifikatlarını yoxladıqdan sonra artıq “mygov” platforması üzərindən nikah günlərini elektron olaraq təyin edə və seçdikləri qeydiyyat orqanında nikah şəhadətnamələrini əldə edə bilərlər.

Bununla yanaşı valideynlər yeni doğulmuş uşaqlarının hüquqi sənədləri və digər əlaqəli xidmətlər üçün onlayn müraciət edə bilərlər.

Platforma həmçinin ailə üzvünün ölümünün qeydə alınması prosesini asanlaşdırır. Tibb işçisi lazımi məlumatları sistemə daxil etdikdən sonra ölüm haqqında şəhadətnamə avtomatik olaraq Ədliyyə Nazirliyinə ötürülür və daha sonra ailəyə təqdim edilir. Bu sənəd həyat hadisəsinin rəsmi təsdiqi deməkdir və birdəfəlik dəfn yardımı kimi bir çox məsələləri həll etmək üçün zəruridi