Fariz Babayevə yeni vəzifə verildi
Akademik Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının sabiq direktoru Fariz Babayevə yeni vəzifə verilib.
BusinessTime "Qaynarinfo"ya istinadən xəbər verir ki, Babayev Fariz Hənifə oğlu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi nəzdində fəaliyyət göstərən Mərdəkan Reabilitasiya Pansionatının direktoru vəzifəsinə təyin olunub.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev müvafiq əmr imzalayıb.
Qeyd edək ki, Fariz Babayev ötən ilin oktyabr ayında TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun müvafiq əmri ilə Respublika Klinik Uroloji Xəstəxanasının direktoru vəzifəsindən azad olunub. O, Səhiyyə Nazirliyinin baş nefroloqu, Azərbaycan Nefroloqlar Cəmiyyətinin sədri, Tibb elməri doktorudur.

