Fərid Məmmədov Çinin Azərbaycandakı səfiri ilə görüşüb
14 yanvar tarixində “Caspian Event Organisers” və “Iteca Caspian” şirkətlərinin baş direktoru, Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyasının (ASTA) İdarə Heyətinin sədri Fərid Məmmədov ilə Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Lu Mey arasında görüş keçirilmişdir.
Görüş zamanı Çin şirkətlərinin Azərbaycan sərgilərində, Azərbaycan şirkətlərinin isə Çin sərgilərində iştirak imkanları və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunmuşdur.

