Gədəbəy mineral suları barədə rəqabət qanunvericiliyini pozma ilə bağlı araşdırma başlayıb
“İstisu” mineral su zavodu” MMC “Gədəbəy mineral suları” MMC barəsində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə şikayət edib.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, şikayət haqsız rəqabət hərəkətləri ilə bağlı rəqabət qanunvericiliyinin pozulması halı ilə bağlıdır.
Müraciət əsasında “İstisu” mineral su zavodu” MMC-yə məxsus patentlə mühafizə olunan S 2024 0012 nömrəli sənaye nümunəsindən qanunsuz istifadə ilə bağlı rəqabət qanunvericiliyinin pozulması hallarının araşdırılmasına başlanılıb.

