"Hesab.az" fəaliyyətini dayandırır

"Hesab.az" fəaliyyətini dayandırır

Azərbaycanın ilk fintex şirkəti “Goldenpay” 15 ildir fəaliyyət göstərən "Hesab.az" tətbiqini bağlayaraq tam şəkildə "Pulz" tətbiqinə keçid edir.

Şirkət dəyişikliyi “Hesab.az-dan Pulz-a tam keçid” kimi təqdim edib.

İstifadəçilərə daha böyük imkanlar təqdim etmək məqsədilə “Goldenpay” tərəfindən 2011-ci ilin aprel ayında “Hesab.az” onlayn ödəmə portalı istifadəyə verilib. Platforma kommunal, kredit, dövlət ödənişləri, sığorta xidmətləri və digər müxtəlif ödənişlər üçün geniş imkanlar təqdim edir.

Xatırladaq ki, 2025-ci ildə isə “Goldenpay” tərəfindən gündəlik ödəniş və maliyyə əməliyyatlarını optimallaşdıran yeni nəsil, innovativ "Pulz e" cüzdan tətbiqi istifadəyə verilib.

Keçiddən sonra "Hesab.az" saytının fəaliyyətinin sonrakı taleyi ilə bağlı şirkət hələlik əlavə məlumat açıqlamayıb.

“Qoldenpey” MMC-yə məxsus Pulz.az isə Azərbaycan Mərkəzi Bankının 17 iyul 2024-cü il tarixində verdiyi EPT-009 nömrəli lisenziya əsasında fəaliyyət göstərir.

Valyuta.az