İdrak Liseyinin böhran kommunikasiyası sual altındadır

İdrak Liseyinin böhran kommunikasiyası sual altındadır

Liseyinin böhran zamanı kommunikasiya və təhlükəsizlik yanaşması ictimai narazılıq doğurub.

Media nümayəndələrinin çoxsaylı şəkildə toplandığı bir məqamda lisey rəhbərliyinin vəziyyətə aydınlıq gətirmək və şagirdlərin kameralara düşməsinin qarşısını almaq əvəzinə, uşaqların medianın qarşısına çıxarılması ciddi kommunikasiya boşluğu kimi qiymətləndirirəm.

Üstəlik, lisey adından verilən ziddiyyətli açıqlamalar bir tərəfdən hadisənin baş verdiyi, digər tərəfdən isə bunun “panika” adlandırılması ictimai etimadı daha da zəiflədib.

İldə hər şagird üçün 16 min manat təhsil haqqı ödənilən bir təhsil müəssisəsində bu səviyyədə təhlükəsizlik və vahid kommunikasiya strategiyasının olmaması əsas tənqid mövzusudur.

Baş verənlər təhsil sektorunda PR və böhran kommunikasiyasının nə qədər həyati əhəmiyyət daşıdığını bir daha göstərdi.

PR və Kommunikasiya mütəxəssisi Abbasəli Hüseynov