ING bankdan Azərbaycanla bağlı yeni proqnoz
Niderlandın ən böyük bank qrupu olan "ING Group" Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 2 %, 2027-ci ildə 3 % və 2028-ci ildə 2,3 % səviyyəsində artacağını proqnozlaşdırır.
Bu barədə ING bank xəbər verir.
Ötən proqnozlarla müqayisədə cari və növbəti il üçün ümumi daxili məhsulun (ÜDM) artım templəri dəyişməyib, 2028-ci il üzrə proqnozu isə "ING Group" qiymətləndirmələrinə ilk dəfə daxil edib.
Beləliklə, ölkənin ÜDM-nin 2026-2028-ci illərdə orta illik artımı 2,43 % səviyyəsində proqnozlaşdırılır.
Bankın qiymətləndirmələrinə görə, 2026-cı ilin II rübü üçün iqtisadi artım proqnozu 2 %, III rübü üçün 3 %, IV rübü üçün isə 3,3 % təşkil edir.
Bundan əlavə, 2027-ci ilin I rübündə 3 %, II rübündə 3,5 %, III rübündə 2 % və IV rübündə 3,5 % səviyyəsində iqtisadi artım proqnozlaşdırılır.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycan iqtisadiyyatı 1,4 % artıb.
İqtisadiyyat Nazirliyi cari ildə ÜDM artımını 1,7 % səviyyəsində proqnozlaşdırır, o cümlədən qeyri-neft-qaz sektorunda artımın 3,7 %, neft-qaz sektorunda isə azalmanın 3,3 % olacağı gözlənilir.
Azərbaycan Mərkəzi Bankı ölkənin ÜDM artımını 2026-cı ildə 1,1 %, 2027-ci ildə isə 3,2 % səviyyəsində proqnozlaşdırır.


