İngiltərədə "TikTok"a 4,1 milyon manatlıq cərimə yazıldı

İngiltərənin telekommunikasiya üzrə tənzimləyici qurumu (Ofcom) "TikTok" video paylaşım platformasını 1,875 milyon funt sterlinq (4,052 milyon manat) cərimələyib.

"BunsinessTime" xəbər verir ki, protokolun tərtib edilməsinə səbəb adıçəkilən şəbəkənin valideynlərin təhlükəsizlik nəzarəti ilə bağlı qeyri-dəqiq məlumatlar təqdim etməsidir. Belə ki, "Ofcom" tərəfindən 2023-cü ilin sentyabrında göndərilən sorğuya qarşı tərəf cavabı yubatmaqla yanaşı sonradan həqiqətə uyğun olmayan məlumatlar verib. Nəticədə tənzimləyici qurumun uşaqların təhlükəsizliyi ilə bağlı hesabatında yubanma yaranıb.

Dərc edilməsi nəzərdə tutulan hesabat isə valideynlərə yeniyetmə istifadəçiləri qorumaqda onun effektivliyini qiymətləndirməkdə kömək etmək üçün vacib deyildi, həm də valideynlərə məlumat vermək və onların və uşaqlarının hansı platformalardan istifadə etmələri barədə qərar qəbul etmələrinə kömək etmək üçün dərc edilməli idi.

Qeyd edək ki, "Ofcom" "TikTok" haqqında mayın 17-dən araşdırmaya başlayıb və ilkin olaraq 2,5 milyon funt sterlinq (5,403 milyon manat) cərimə tətbiq etsə də sonradan qarşı tərəfin xahişi ilə 25 %-lik endirim edib.