Jalə Əhmədovaya heç bir cərimə tətbiq olunmayıb - RƏSMİ

Jalə Əhmədovaya heç bir cərimə tətbiq olunmayıb

Bəzi media orqanlarında əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Jalə Əhmədovaya Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən cərimə tətbiq olunması barədə yayılan məlumat tamamilə əsassızdır.

BusinessTime xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidməti məlumat yayıb.

"Məlumat üçün nəzərinizə çatdırırıq ki, “İDDO Psixi Sağlamlıq Proqramı” müddətlli proqram kimi fəaliyyət göstərir və ictimai birlik deyil. Qeyd edilən proqramla bağlı olaraq da hər hansı cərimə tətbiq edilməyib. Media orqanlarından hər hansı qurumla bağlı məlumat paylaşarkən həmin qurumla dəqiqləşdirmə aparmaları xahiş olunur". deyə məlumatda qeyd olunub.