“Kapital Bank” 2025-ci ilin mənfəətindən dividend ödəməyi planlaşdırır

“Kapital Bank” 2025-ci ilin mənfəətindən dividend ödəməyi planlaşdırır

“Kapital Bank” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. İclas 28 iyul 2026-cı il tarixində, saat 11:00-da baş tutacaq.

Səhmdarların yığıncağı Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 153 ünvanında yerləşən “Port Baku Towers 2” ofisində (17-ci mərtəbə, “Silicon Valley” otağı) təşkil olunacaq.

Növbədənkənar yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

“Kapital Bank” ASC tərəfindən 2025-ci ilin maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi;
Kapital Bank” ASC-nin Müşahidə Şurasının əsasnaməsinə dəyişiklik edilməsi haqqında.

Bildirişdə qeyd olunur ki, yığıncaqda iştirak etmək üçün səhmdarlar şəxsiyyətini təsdiq edən sənəd (nümayəndə olduqda isə qanunvericiliklə təsdiq olunmuş qaydada etibarnamə) təqdim etməlidirlər.