“Kapital Bank” maliyyə nəticələrini elan edib

“Kapital Bank” maliyyə nəticələrini elan edib

“Kapital Bank”ın aktivləri 1 aprel 2022-ci il tarixinə 6,9 mlrd. manat təşkil edib.

Bankdan BusinessTime-a verilən məlumata görə, müştərilərə verilən kreditlərin həcmi isə 2,9 mlrd. manat olub.
Bankda müştəri depozitlərinin həcmi 1 aprel 2022-ci il tarixinə 5,5 mlrd. manat olub.

Bankın 1 aprel 2022-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 547 mln. manat, adi və imtiyazlı səhmlər isə 245 mln. manat təşkil edir.

Qeyd edək ki, Kapital Bank Moody's və Standard & Poor's beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.