Kompleks Tədqiqatlar Laboratoriyasından daha bir uğurlu nəticə 

Kompleks Tədqiqatlar Laboratoriyasından daha bir uğurlu nəticə 

AQTİ-nin Kompleks Tədqiqatlar Laboratoriyası beynəlxalq səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Kompleks Tədqiqatlar Laboratoriyası Böyük Britaniyanın nüfuzlu beynəlxalq qiymətləndirmə proqramı olan FAPAS tərəfindən təşkil edilən səriştəlilik sınaqlarında iştirak edərək uğurlu nəticələr əldə edib.

Laboratoriya bioloji aktiv qida əlavəsi nümunəsində arsen, kadmium, xrom, qalay, qurğuşun, nikel, mis, dəmir, maqnezium, sink və selen kimi elementlərin təyini üzrə yüksək dəqiqlik nümayiş etdirib. Bu nəticələr laboratoriyada tətbiq olunan müasir analiz metodlarının etibarlılığını və ölçmə dəqiqliyinin beynəlxalq standartlara uyğun olduğunu bir daha təsdiqləyir.

Qeyd edək ki, Kompleks Tədqiqatlar Laboratoriyası AZS ISO/IEC 17025:2020 “Sınaq və kalibrlənmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər" standartına uyğun olaraq Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən akkreditasiya olunub. Bu akkreditasiya laboratoriyanın sınaq nəticələrinin beynəlxalq səviyyədə tanınmasına imkan yaradır.