Məhəmməd yenidən Britaniyada ən populyar ad olub

Məhəmməd yenidən Britaniyada ən populyar ad olub

Məhəmməd adı ardıcıl üçüncü ildir ki, İngiltərə və Uelsdə yeni doğulmuş oğlan uşaqları arasında ən məşhur ad olub. 2025-ci ildə 5 957 körpəyə bu ad verilib.

Oxu.Az bu barədə Böyük Britaniyanın Milli Statistika Bürosuna istinadən xəbər verir .

Qurumun verdiyi xəbərə görə, Məhəmməd adı qoyulan oğlanların sayı 2024-cü illə müqayisədə 236 nəfər artıb.

Ən geniş yayılmış adların ilk beşliyinə, həmçinin Noa, Leo, Luka və Artur daxildir.