Mərkəzi Bankın qəbulları bu tarixdən “ASAN xidmət”də keçiriləcək

Mərkəzi Bankın qəbulları bu tarixdən

Mərkəzi Bank (AMB) fevralın 17-dən etibarən vətəndaşları 2 və 5 saylı “ASAN xidmət” mərkəzlərində qəbul edəcək.

Bu barədə AMB məlumat yayıb.

Bildirilib ki, qeyd olunan tarixdən Mərkəzi Bankın Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında yerləşən inzibati binasında vətəndaşların qəbulu dayandırılacaq.

Bakı şəhəri ilə yanaşı, regionlarda da vətəndaş qəbulu həyata keçirilməkdədir. Belə ki, Yevlax şəhəri, H.Əliyev prospekti 82 ünvanında, Biləsuvar şəhəri, H.Əliyev küçəsi 2B ünvanında və Naxçıvan şəhəri, C.Məmmədquluzadə küçəsi 32 ünvanında yerləşən Mərkəzi Bankın ərazi idarələrində vətəndaş qəbulu davam etdiriləcək.

Qeyd edilib ki, eyni zamanda Mərkəzi Bank tərəfindən il ərzində respublikanın müxtəlif rayon və şəhərlərində səyyar qəbullar təşkil olunur.