MİDA-da yüksək vəzifəyə TƏYİNAT

MİDA-da yüksək vəzifəyə

Mənzil İnşaatı Dövlət Agentliyində (MİDA) yeni təyinat olub.

Agentliyin Beynəlxalq əlaqələr və strateji planlaşdırma şöbəsinin müdir müavini vəzifəsinə Şöhrət Süleymanlı təyin edilib.

Ş.Süleymanlı 2024-cü ilin aprel ayından 2026-cı ilin aprel ayınadək MİDA-da Beynəlxalq əlaqələr və investisiyaların təşviqi sektorunun rəhbəri vəzifəsində çalışıb. O, eyni zamanda 2024-cü ildən etibarən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) pedaqoji fəaliyyətlə məşğuldur.

Ş. Süleymanlı 2015-2019-cu illərdə UNEC-də Dünya iqtisadiyyatı ixtisası üzrə, 2017-2018-ci illərdə isə Türkiyənin Hacettepe Universitetində Beynəlxalq əlaqələr ixtisası üzrə bakalavr təhsili alıb. O, 2019-2022-ci illərdə Türkiyənin Orta Doğu Teknik Universitetində (ODTÜ) İqtisadi-riyazi modelləşdirmə ixtisası üzrə magistr dərəcəsi əldə edib.

Bununla yanaşı, Ş.Süleymanlı 2023-cü ilin noyabr ayından Azərbaycan Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda Ümumi iqtisadiyyat - iqtisadi modelləşdirmə ixtisası üzrə fəlsəfə doktoru proqramı üzrə təhsil alır. \report