Mitsubishi ASX VR-e: Pininfarina dizaynlı Foxtron Bria klonu
Mitsubishi Motors Avstraliya və Yeni Zelandiya bazarları üçün nəzərdə tutulan kompakt elektrik hetçbeki ASX VR-e modelini təqdim edib. Yeni avtomobilin satışına bu ilin dördüncü rübündə başlanması planlaşdırılır.
ASX VR-e ilk dəfə ötən ilin mayında gündəmə gəlib. Həmin vaxt Mitsubishi Motors Tayvanın texnologiya nəhəngi Foxconn və onun avtomobil bölməsi Foxtron Vehicle Technologies ilə əməkdaşlığa başladığını açıqlamışdı.
Razılaşmaya əsasən, Foxtron modellərindən biri 2026-cı ilin ikinci yarısında Avstraliya və Yeni Zelandiya bazarlarında Mitsubishi markası altında satışa çıxarılmalı idi. Şirkətlər bu planı həyata keçirib və nəticədə yeni ASX VR-e meydana çıxıb.


