“Mobil notariat” tətbiqi “mygov”a inteqrasiya edilir

“Mobil notariat” tətbiqi “mygov”a inteqrasiya edilir

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nın 8.1.10-cu yarımbəndinin icrası çərçivəsində “Mobil notariat” tətbiqinin də “mygov”a inteqrasiyası nəzərdə tutulur.

Bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu günədək “Mobil notariat” tətbiqi üzərindən göstərilən 8 növ notariat hərəkətinin, həmçinin “mygov” portalı vasitəsilə rəmiləşdirilməsi təmin olunub. Hazırda “Mobil notariat” tətbiqinin “mygov”a tam inteqrasiyası istiqamətində işlər davam etdirilir.