Naib Abayev məşhur şirkətin CEO-su oldu
“Zəhmət-Ruzi” MMC-nin tərkibində fəaliyyət göstərən “SAB” şirkətində rəhbər vəzifəyə yeni təyinat həyata keçirilib.
Kredit.az xəbər verir ki, Naib Abayev “SAB” şirkətinə Baş icraçı direktor (CEO) vəzifəsinə təyin edilib.
Məlumata görə, o, 2023-cü ilin aprel ayından bu təyinatadək şirkətdə baş icraçı direktorun müavini kimi fəaliyyət göstərib. Daha əvvəl – 2021-ci ilin aprelindən 2023-cü ilin aprelinə qədər isə “Səba” ASC-nin İdarə Heyətinin sədri olub.
Qeyd edək ki, “SAB” brendi 1998-ci ildə yaradılmış “Zəhmət-Ruzi” MMC-nin tərkibində fəaliyyət göstərir və əsasən ət və süd məhsullarının istehsalı, həmçinin emalı ilə məşğuldur.

