Namiq Əliyev yubiley medalı ilə təltif edilib
Tanınmış jurnalist, Azərbaycan Mərkəzi Bankının mətbuat katibi Namiq Əliyev yubiley medalı ilə təltif edilib.
Bu barədə Namiq Əliyev öz sosial media hesabında məlumat paylaşıb.
""Milli mətbuatın 150 illiyi” medalı ilə təltif olunmaq – uzun illərin səssiz, görünməyən, amma davamlı işinə verilən dəyərdir. Bu etimadı, təmsil etdiyim dəyərlərin qiymətləndirilməsi kimi qəbul edirəm", deyə N.Əliyev qeyd edib.

