Neftçalada “Zəfər Günü”nə həsr olunan ağacəkmə aksiyası keçirilib - FOTOLAR

Neftçalada “Zəfər Günü”nə həsr olunan ağacəkmə aksiyası keçirilib

“8 Noyabr – Zəfər Günü”nün altıncı ildönümü ilə əlaqədar Neftçala rayonunda ağacəkmə aksiyası keçirilib.
Neftçala şəhərinin Heydər Əliyev prospekti və Bayraq Meydanında baş tutan ağacəkmə aksiyasında Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-nin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları, idarə, müəssisə və təşkilatların kollektivləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

“Masdar Azerbaijan” şirkətinin tərəfdaşlığı ilə baş tutan ağacəkmə aksiyası çərçivəsində Neftçala şəhərinin  5 min kvadrat metr ərazisində 2000 ədəd zeytun, 200 ədəd müxtəlif növ şam ağacı tingləri, 300 ədəd oleandr kolları olmaqla ümumilikdə 2500 ədəd ağac və kol əkilib, həmçinin əkilən bitkilərə müvafiq zəruri aqrotexniki qulluq göstərilib.

Ağacəkmə aksiyasının keçirilməsində əsas məqsəd rayonda yaşıllıq sahələrinin artırılması, ekoloji tarazlığın qorunması və ətraf mühitin mühafizəsinə töhfə vermək, atmosferin oksigenlə zənginləşdirilməsinə dəstək olmaq, həmçinin ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasının əhəmiyyətinə yönəltməkdir.