Niyazi Əmirbəyov “AmCham Azərbaycan”ın İdarə Heyətinin üzvü seçilib
“AmCham Azərbaycan”ın keçirilən İllik Ümumi Yığıncağı çərçivəsində Palatanın üzvləri tərəfindən 2026–2028-ci fəaliyyət dövrü üzrə yeni prezident və İdarə Heyəti seçilib.
Yeni seçilən İdarə Heyətində Azərbaycanda fəaliyyət göstərən aparıcı yerli və beynəlxalq şirkətlərin yüksək səviyyəli rəhbərləri təmsil olunur.
Heyətdə “Cisco”, “McDonald's”, “Philip Morris International” (PMI), “Deloitte” kimi aparıcı ABŞ şirkətlərinin nümayəndələrinin təmsil olunması Amerika bizneslərinin Azərbaycandakı fəal iştirakını və ölkənin investisiya mühitinə olan davamlı marağını bir daha nümayiş etdirir.
Yeni İdarə Heyətində seçilənlər arasında “AgroDairy” şirkətinin Baş İcraçı Direktoru Niyazi Əmirbəyov da var.
Qeyd edək ki, yeni idarə heyəti növbəti iki il ərzində “AmCham” Azərbaycanın ölkədə əlverişli biznes və investisiya mühitinin təşviqi, dövlət-özəl sektor dialoqunun gücləndirilməsi, biznes ictimaiyyətinin maraqlarının müdafiəsi, eləcə də Azərbaycan və ABŞ arasında ticarət, investisiya və iqtisadi əməkdaşlığın inkişafına töhfə vermək istiqamətində fəaliyyətini davam etdirəcək.



