Ölkədən 4,6 milyon dollar dəyərində çay ixrac edilib
Bu ilin yanvar-iyul aylarında ölkədən 4,6 milyon ABŞ dolları dəyərində 531 tondan çox çay ixrac edilib.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 19,5 faiz, həcmi isə 23,3 faiz artıb.
Cari ilin ilk yeddi ayında çayın ümumi ixracda xüsusi çəkisi 0,02 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 0,08 faizə bərabər olub.


